Bakı Kəndləri Futbol Federasiyası şəhərin kənd və qəsəbələrində kütləvi futbol yarışları keçirir. Federasiyanın məqsədi uşaqların sağlamlığını, futbolun inkişafını və gənclərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. 
1970-ci ildən 2006-cı ilədək Bakının 17 qəsəbəsi arasında futbol yarışları keçirilib. Buyaxınlarda qəbul olunan qərara əsasən turnirin təşkili yenidən bərpa olunacaq. Aprelin 1-dən etibarən Bakıda 12 komandanın iştirakı ilə yarış təşkil olunacaq. Həmin turnirdə qalib olan komandalara medal və kubok hədiyyə ediləcək. Yarışlarda seçilən perspektivli futbolçular Azərbaycanın milli komandası və klublarının heyətinə cəlb olunacaqlar.
Yeri gəlmişkən, sabah şöhrət ordenli əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri başlanacaq. Qeyd edək ki, Bakı Kəndləri Futbol Federasiyası xatirə turnirini 1977-ci ildən keçirir.
Fevralın 28-də AFFA-nın Futbol Akademiyasında yarış iştirakçıları ilə görüş keçirilib və püşkatma olub. Tədbirdə AFFA-nın Bakı kəndləri futbolu üzrə əlaqələndiricisi Hacı Vaqif Davudov turnir haqqında ətraflı məlumat verərək, iştirakçılara uğurlar arzulayıb.
Turnir 2 qrup üzrə təkil olunacaq. A qrupunda "Neftçi”, "Rəvan” "Bakı kəndləri”, B qrupunda isə "Bakı”, "Sumqayıt” və "Vətən” klubları qalib adı uğrunda mübarizə aparacaqlar. "Dalğa Arena” stadionunda keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcəklər. Finala çıxan hər iki komanda və futbol veteranları fevralın 23-də mərhum futbolçunun məzarını yad edəcəklər.
Qeyd edək ki, qaliblərə Milli Olimpiya Komitəsi (MOK) və AFFA tərəfindən hədiyyələr veriləcək.
Ənənəvi futbol turnirinin təqvimi
A qrupu: "Neftçi”, "Rəvan”, "Bakı kəndləri”
B qrupu: "Bakı”, "Sumqayıt”, "Vətən”
16 fevral
I tur
12:00. "Neftçi” - "Rəvan”
13:00. "Bakı” - "Sumqayıt”
17 fevral
II tur
12:00. "Bakı kəndləri” - "Neftçi”
13:00. "Vətən” - "Bakı”
19 fevral
III tur
12:00. "Rəvan” - "Bakı kəndləri”
13:00. "Sumqayıt” - "Vətən”
21 fevral
1/2 final mərhələsi
12:00. A1 - B2
13:00. B1 - A2
23 fevral
12:00. 3-cü yer uğrunda
13:00. Final