“Leykers” Lebron Ceyms olmadan təsvir olundu

“Leykers” Lebron Ceyms olmadan təsvir olundu

“The Athletic”in eksperti Bill Oramın hesablamalarına görə, hücumçu Entoni Devisin “Lakers” basketbol klubu ilə imzaladığı beşillik müqavilə komandanın qarşısında böyük perspektivlər açacaq.

Şərhçinin sözlərinə görə, Lebron Ceyms 2023-cü ildə “Leykers”i tərk etməyə qərar verərsə belə, E.Devis komandada müqavilə əsnasında iştirak edəcək. Bu da heyətə daha bir super ulduz cəlb etməyə və liderlərin yeni güclü tandeminin yaradılmasına imkan verəcək.

Xatırladaq ki, 2019-20 mövsümündə “Lakers” on il ərzində ilk dəfə çempionluq titulunu qazanıb. Mövsüm arası komanda güclü transfer kampaniyasını həyata keçirib. Belə ki, klub heyətinə Dennis Şröder, Mark Qazol, Montrez Harrell və Uesli Mettyüzini cəlb edib.