“Zadəganlar”ın sahibi komandasının transferlərini “iPad” vasitəsilə izləyir

“Zadəganlar”ın sahibi komandasının transferlərini “iPad” vasitəsilə izləyir

"Çelsi”nin sahibi Roman Abramoviç komandasının bütün mümkün transferlərini xüsusi olaraq bu məqsədlər üçün uyğunlaşdırılmış "iPad” vaasitəsilə izləyir. "Daily Mail”in məlumatına görə, transfer bazarının monitorinqini apardığı yeni qurğu rusiyalı milyarderin ürəyincədir. Bu sistem "Stemford Bric” stadionunda mütəmadi yenilənir və ona çox az adam daxil ola bilir. "Çelsi”nin baş məşqçisi Joze Mourinyo bu skaut sistemini dünyada ən yaxşı - "Real”, "Portu” və "İnter” klublarında olan sistemlərdən daha yaxşı hesab edir.
Yüzlərlə oyunçu klubun bütün dünya boyunca yayılan skaut şəbəkəsi tərəfindən mütəmadi olaraq qiymətləndirilir. "Çelsi”nin rəhbərliyi skautların oyunun müxtəlif komponentlərində 90 faizdən çox qiymətləndirdiyi futbolçuları nəzərdən keçirir. Məhz bu dəyərləndirmə sistemi əsasında kolumbiyalı Radamel Falkao London klubunun maraq dairəsinə düşməyib, alman hücumçu Andre Şürrle isə transfer edilib.