Xüsusi Qış Olimpiya Oyunlarına könüllülərin müraciəti başlayıb

Xüsusi Qış Olimpiya Oyunlarına könüllülərin müraciəti başlayıb

Kazanda keçiriləcək 2022-ci il Xüsusi Qış Olimpiya Oyunlarına könüllülərin müraciəti başlayıb.
TASS informasiya agentliyinin yaydığı xəbərdə bildirilir ki, bu barədə Rusiya Federasiyası İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
Könüllülərin müraciəti 2021-ci ilin mayınadək davam edəcək. Kazan sakinləri 14 yaşından, Rusiya bölgələrinin sakinləri və xarici vətəndaşlar - 18 yaşından etibarən Oyunlarda könüllü qismində iştirak edə bilərlər.
Yarışlar yanvarın 22-28-də Kazanda keçiriləcək. Məlumat üçün bildirək ki, Xüsusi Qış Olimpiya Oyunları 1968-ci ildən etibarən hər il keçirilir.