Qrossmeysterimiz Veyk-an Zee turnirində iştirak edəcək

Qrossmeysterimiz Veyk-an Zee turnirində iştirak edəcək

Yanvarın 15-31-də Niderlandda dünyanın ən mötəbər yarışlarından hesab olunan Veyk-an Zee şahmat turniri (“Tata Steel Chess 2021”) keçiriləcək. Ənənəvi superturnirin təşkilatçıları yarış iştirakçılarının adlarını açıqlayıblar. Turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. 83-cü dəfə keçiriləcək budəfəki turnirdə 14 şahmatçı iştirak edəcək.

Keçən il şahmatçılarımız bu yarışın B və C turnirlərində iştirak ediblər.