"Bavariya”nın fəxri prezidenti Frans Bekkenbauer vaxtilə AFR yığmasının həkimlərinin onlara iynə vurduqlarını bildirib. 67 yaşlı keçmiş futbolçu AFR-də bəzi idman növlərinin nümayəndələrinin o vaxtlar qadağan olunmuş preparatlardan istifadə etdikləri ilə bağlı aparılan araşdırma ilə əlaqədar suala belə cavab verib.
"Təbii ki, bizə vitaminli iynələr vurublar. Hardan bilim... Həkim bunların vitamin olduğunu deyirdi”, - deyə Bekkenbauer bildirib.
Bekkenbauerə 1977-ci ildə verdiyi müsahibədən bir hissəni xatırladıblar. Həmin müsahibədə o, belə deyib: "Bundesliqada tibbi baxımdan oyunu yaxşılaşdıra biləcək, parktik olaraq, hər şeyə icazə verilib”. Bunu təəccüblə qarşılayan Bekkenbauer yarızarafat cavab verib: "Doğrudanmı bunları mən demişəm? Bəlkə o, mənim oxşarım olub”.