Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Böyüklər arasında ilk yarışına çıxan yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova idmançısına uduzub.

Komandamızın digər üzvü Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə asanlıqla qalib gəlib. Lakin növbəti mərhələdə rusiyalı güləşçi keçilməz olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz dekabrın bu gün təsəlliverici görüşə çıxacaq.

Beka Kandelaki (130 kq) debütdə son Avropa çempionuyla qarşılaşsa da, Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. 1/4 finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində "tuşe" ilə qalib gələn millimizin üzvü yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Türkiyə idmançısıyla bacarmayan Beka dekabrın 14-də bürünc medal üçün mübarizə aparacaq.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

60 kq

1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (MDA) 0:7

63 kq

1/8 final: Taleh Məmmədov – Aleksey Masik (UKR) 9:1

1/4 final: Taleh Məmmədov - Jambolat Lokyayev (RUS) 0:2

Təsəlliverici görüş: Taleh Məmmədov - Mateuş Şevçuk (POL)

130 kq

1/8 final: Beka Kandelaki – Alin Kiurariu (ROU) 3:1

1/4 final: Beka Kandelaki - Eduard Popp (GER) 4:0 (tuşe)

1/2 final: Beka Kandelaki - Osman Yıldırım (TUR) 1:9

Bürünc medal görüşü: Beka Kandelaki - Rafal Krayevski (POL) / Hemza Haloui (ALG)