Azərbaycan əsilli döyüşçü UFC-də növbəti qələbəsini qazandı

Azərbaycan əsilli döyüşçü UFC-də növbəti qələbəsini qazandı

Azərbaycan əsilli MMA döyüşçüsü UFC-də növbəti qələbəsini qazanıb. ABŞ-ın Las-Veqas şəhərində keçirilən “UFC-256” turnirində həmyerlimiz Rafael Fiziyev yüngül çəkidə braziliyalı Renato Moykano ilə mübarizə aparıb. R.Fiziyev döyüşün taleyini elə birinci raundda həll edib. Belə ki, o, rəqibini sol yumruğu ilə nokauta göndərdiyinə görə, baş hakim döyüşü saxlayaraq, qələbəni ona verib.

Bununla da, “Ataman” ləqəbli R.Fiziyev peşəkar MMA-da doqquzuncu qələbəsini qazanıb.

R.Fiziyev döyüşdən sonra Azərbaycanı Vətən Müharibəsindəki qələbəyə görə təbrik edib.