Ronaldo Beyllə bağlı “əhvalat”ın hansı sonluqla başa çatacağını gözləyir

Ronaldo Beyllə bağlı “əhvalat”ın hansı sonluqla başa çatacağını gözləyir

İspaniya mətbuatı bir müddət əvvəl "Real”ın hücumçusu Kriştianu Ronaldonun klubla müqaviləsini uzatdığını yazsa da, sonra bunun baş vermədiyi müəyyənləşib. Əksinə, Portuqaliya yığmasının kapitanı anlaşmasını yeniləməyə tələsmir.
Məlumata görə, Ronaldo öz agenti Jorje Mendesə sentyabra kimi "Real”ın rəhbərliyi ilə danışıqlar aparmamasını tapşırıb. Belə ki, o, "Tottenhem”in yarımmüdafiəçisi Qaret Beyllə bağlı "əhvalat”ın hansı sonluqla başa çatacağını gözləmək və bundan sonra maliyyə tələblərini qəti müəyyənləşdirmək niyyətindədir. Əgər "Real” uelsli futbolçu üçün 100 milyon avro ödəsə, o zaman Ronaldo özü üçün astronomik məvacib tələb edə bilər.
Amma İspaniya mətbuatı artıq "Real”ın Beyllin transferindən imtina etdiyini yazır.