Üç güləşçimiz Fərdi Dünya Kubokunun 1/4 finalında

Üç güləşçimiz Fərdi Dünya Kubokunun 1/4 finalında

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Beşinci yarış günündə 57 kq, 70 kq, 74 kq, 92 kq və 125 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.   Yığmamızın üzvü Gitinoməhəmməd Hacıyev (70 kq) ilk görüşdə Küveyt idmançısına çətinlik çəkmədən qalib gəlib.
Digər pəhləvanımız Hacımurad Məhəmmədsəidov (92 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Sərbəst güləşçimiz serbiyalı Strahinya Despiçi məğlub edib.
Yığmamızın digər üzvü Camaləddin Məhəmmədov (125 kq) isə ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlib.


57 kq
1/8 final: İslam Bazarqanov - Andrey Yatsenko (UKR)

70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev - Mohammed Abdulkərim (KUW) 10:0
1/4 final: Gitinoməhəmməd Hacıyev

92 kq
Təsnifat: Hacımurad Məhəmmədsəidov - Strahinya Despiç (SRB) 11:0
1/4 final: Hacımurad Məhəmmədsəidov - Alexandro Pankorbo (ESP)

125 kq
1/8 final: Camaləddin Məhəmmədov - Oktay Güngör (TUR) 4:2
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (POL)