Qadın güləşçimiz Fərdi Dünya Kubokunda bürünc medala sahib çıxdı

Qadın güləşçimiz Fərdi Dünya Kubokunda bürünc medala sahib çıxdı

Azərbaycanın qadın güləşçisi Elis Manolova Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bürünc medal qazanıb. 65 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız medal görüşündə türkiyəli Aslı Demirhana qalib gəlib - 4:0. Digər sərbəst güləşçi Alyona Kolesnik (57 kq) isə rusiyalı Veronika Çumikovaya uduzaraq, bürünc medal şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.