Azərbaycan futbol ailəsinin 50 mininci üzvü

Azərbaycan futbol ailəsinin 50 mininci üzvü

2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin - qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 50 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 50 mininci üzvü AFFA-nın U-12 Liqasında çıxış edəcək Mingəçevir komandasının heyətində sifariş edilib.