İngiltərənin "Arsenal” klubu mərakeşli futbolçusu Maruan Şamakı yenidən icarəyə verib. 29 yaşlı hücumçu cari mövsüm "Kristal Palas”ın şərəfini qoruyacaq. Ötən mövsüm də icarə əsasında "Vest Hem” klubunun formasını geyən oyunçunu London klubu sərfəli qiymətə satmaq niyyətindədir.
Qeyd edək ki, Şamak 2010-cu ildə Fransanın "Bordo” klubundan "Arsenal”a transfer olunmuş və komandaya qatıldığı gündən 2013-cü ilə qədər iştirak etdiyi 40 oyunda cəmi 8 qol vura bilmişdi.