Fransa ikinci liqasının 3-cü turu çərçivəsində "Bakı” futbol klubunun rəsmi tərəftaşı olan "Lans” öz evində "Oser”lə qarşılaşıb. Bundan əvvəlki ev matçında olduğu kimi, "Lans”a bu oyunda da möhtəşəm azarkeş dəstəyi olub.
35 minədək azarkeşin izlədiyi oyunda Azərbaycanın tanınmış futbol veteranları - İsgəndər Cavadov və İqor Ponomaryov da olub.
Qeyd edək ki, görüşün birinci hissəsində "Lans” hesabda geri düşsə də, dörd top vuraraq qalib qəlib. Üzərində "Land of Fire Azerbaijan” sözləri yazılan forma ilə çıxan komandanın heyətində Çavarriya iki qol vurub, Tuzqar və Lyuboya isə hərəyə bir dəfə fərqləniblər.
Beləliklə, "Lans” Fransa ikinci liqasında üç turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.