“Qarabağ”ın avroliqada növbəti sınağı

“Qarabağ”ın avroliqada növbəti sınağı

Avqustun 22-də UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Ölkəmizin turnirdəki yeganə təmsilçisi "Qarabağ” klubu doğma azarkeşlər önündə Almaniyanın "Ayntraxt” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk 3 təsnifat mərhələsini geridə qoyan ağdamlılar növbəti oyuna ciddi hazırlaşırlar. Əvvəlki oyunda komandasına kömək edə bilməyən Riçard Almeyda zədəsini sağaldaraq heyətə qayıdıb. Komandanın əsas heyət futbolçusu Reynaldo zədələnərək, ilk oyunda komandasına kömək edə bilməyəcək. Buna baxmayaraq, "Qarabağ” klubunun heyətində yetərincə təcrübəli futbolçular var. İnanırıq ki, təmsilçimiz ilk oyunda qələbə qazanmaqla, səfərə üstünlüklə yollanacaq.