“Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms NBA-nin “San-Antonio Spers” (121:107) ilə keçirilən müntəzəm çempionatın oyununda 26 xal toplayıb. L.Ceyms NBA tarixində heçkimin etmədiyi ardıcıl olaraq 1000-ci oyununda ikirəqəmli nəticəni qazanıb. Görüşlərin sayına görə, Maykl Cordan (866), Kərim Abdul-Cabbar (787) və Karl Meloun (575) qazanmış 10+ xal ilə siyahıda C.Lebrondan sonra yer alırlar. 
Qeyd edək ki, Lebron Ceyms bu nailiyyəti məhz öz ad günündə qazanıb. 
İdmançı ad günündə inanılmaz nəticə qazanıb
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

