“Atletiko” qapıçı ilə razılığa gəlib

“Atletiko” qapıçı ilə razılığa gəlib

Madridin "Atletiko” klubu növbəti transferini reallaşdırıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, "Barselona”nın hücumçusu David Vilyanı heyətinə qatan madridlilər "Deportivo”nun qapıçısı Daniel Aransubiya ilə də razılığa gəliblər.
33 yaşlı qapıçı tibbi müayinədən sonra yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aransubiya 2008-ci ildə "Atletik”dən "Deportivo”ya transfer olunmuşdu.