Millimizin keçmiş üzvü Ukrayna klubuna keçdi

Millimizin keçmiş üzvü Ukrayna klubuna keçdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Yekaterina Jidkovanın yeni komandası müəyyənləşib. Təcrübəli hücumçumuz karyerasını Macarıstanda davam etdirəcək. Otuz bir yaşlı voleybolçu Macarıstanın “Bekessabay” klubu ilə razılığa gəlib. Yanvarın əvvəlindən komandasının düşərgəsində olan Y.Jidkova ilə mövsümün sonunadək müqavilə imzalanıb.