Qrossmeysterimiz mərhələ yarışının qalibi oldu

Qrossmeysterimiz mərhələ yarışının qalibi oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışının qalibi olub. 11 turdan 10 xal toplayan qrossmeyster birinci yeri tutub. Ondan yarım xal geri qalan hindistanlı Raunak Sadvani və ukraynalı Aleksandr Zubov sonrakı iki pillədə qərarlaşıblar.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 741 şahmatçı iştirak edib.