Aktyor Robert De Niro “Formula”da rol alacaq

Aktyor Robert De Niro “Formula”da rol alacaq

Netflix əyləncə portalı yarışlardan bəhs edən “Formula” (The Formula) adlı yeni filmin anonsunu edib. Filmin rejissoru Herarda Makmürreydir.
Filmin işıq üzü görəcəyi vaxtı hələ ki, qeyd olunmasa da, süjetin bir qismi artıq məlumdur. Belə ki, film ailəsini xilas etmək üçün cinayətkarlar dəstəsinə qoşulan Formula 1-in vunderikindinə həsr olunub.
Filmdə baş rolun sahibi “Qızıl Qlobus” və “Oskar” mükafatlarının sahibi aktyor Robert De Niro və “Ulduzların döyüşçüləri” sonuncu trilogiyasının qəhrəmanı Con Boyeqa olacaq.