“Çelsi” yeni baş məşqçisini təqdim etdi

“Çelsi” yeni baş məşqçisini təqdim etdi

Tomas Tuxel İngiltərənin “Çelsi” futbol komandasına baş məşqçi təyin olunub. 48 yaşlı almaniyalı mütəxəssislə 18 aylıq müqavilə bağlanılıb. O, yeni vəzifədə Frenk Lempardı əvəzləyib. Artıq Tuxel kollektivi ilk məşqə də çıxarıb. Bu gün isə “zadəganlar” Premyer Liqanın XX turu çərçivəsində “Vulverhempton”u sınağa çəkəcək. Hazırda “Çelsi” 19 oyundan 29 xalla 9-cu pillədə qərarlaşıb.