Millət vəkilləri “Kəpəz” futbol klubunu heyəti ilə görüşüb

Millət vəkilləri “Kəpəz” futbol klubunu heyəti ilə görüşüb

“Kəpəz”in Azərbaycan Kubokunda “Sabah”a qarşı yarşıda qələbə qazanaraq mərhələ adlaması böyük əks-səda doğurub. Bu səbəblə Gəncənin millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Gəncə” İdman Klubunun İB-nin sədri Elvar Osmanov “Kəpəz” Peşəkar Futbol Klubununun heyəti ilə görüşüb. Məşqdə komanda ilə görüşən qonaqlar əldə olunan qələbə münasibəti ilə heyət üzvlərini təbrik edib, kollektivə qarşıdakı oyunda uğurlar arzulayıblar. “Kəpəz”in Premyer Liqa klubu üzərində qələbəsinin Gəncə futbolunun potensialından xəbər verdiyi, gələcəkdə komandadan daha böyük gözləntilərin olduğu qeyd olunub. “Sarı-göylər”in adından çıxış edən icraçı direktor İlqar Nadiri, baş məşqçi Yaşar Vahabzadə və kapitan Əli Səmədov xoş sözlərə görə minnətdarlıq edib, bu ziyarətin futbolçulara böyük ruh yüksəkliyi verəcəyini bildiriblər.

Millət vəkilləri, eləcə də Baş İdarə rəisi komandanın “Keşlə” ilə kubok matçını və I Divizionun ikinci dövrəsində keçirəcəyi oyunları diqqətdə saxlayacaqlarını vurğulayaraq mövsümü uğurlu nəticə ilə başa vurmağı arzu ediblər.