Dünya çemionatının tarixi dəyişmədi

Dünya çemionatının tarixi dəyişmədi

Beynəlxalq Konkisürənlər Birliyinin (İSU) 2021-ci ildə fiqurlu konkisürmə üzrə dünya çempionatının taleyi ilə bağlı qərarı məlum olub. İSU turnirin təxirə salınmasına ehtiyac duymadığını bildirib. Belə ki, dünya çempionatı əvvəlcədən planlaşdırıldığı kimi, 2021-ci il martın 24-dən 27-dək Stokholmda keçiriləcək. Həmçinin qeyd edək ki, Rusiya yığması İdman Arbitraj Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərarı ilə orada çıxış edə bilməz. Fiquristlərin İsveçə hansı adla, eləcə də hansı bayraq və musiqi ilə gedəcəkləri hələ məlum deyil.