Beynəlxalq Biatlonçular Birliyinin keçmiş rəhbəri dopinq nümunələrin gizlədilməsində təqsirli bilinir

Beynəlxalq Biatlonçular Birliyinin keçmiş rəhbəri dopinq nümunələrin gizlədilməsində təqsirli bilinir

Beynəlxalq Biatlonçular Birliyi (IBU) komissiyası korrupsiya işi üzrə hesabat dərc edib. Belə ki, təşkilatın keçmiş rəhbəri Anders Besseberq Rusiya biatlonçılarının müsbət dopinq nümunələrinin gizlədilməsində təqsirli bilinib. Beynəlxalq Biatlonçular Birliyinin baş katibi vəzifəsini icra edən Nikol Reşin də məsələ ilə bağlı günahkar olduğu açıqlanıb.

Xatırladaq ki, bir müddət əvvəl Moskva antidopinq labaratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov IBU-nun, A.Besseberq və Nikol Reşin simasında, Rusiya Antidopinq Agentiliyinə kömək etdiyini və rusiyalı idmançıların dopinq testlərini gizlətdiyini iddia edib. Bundan sonra Anders Besseberq təşkilatın rəhbəri vəzifəsini tərk edib.