Dünya Kuboku mərhələsində ayağının sındığını bilməyən idmançı

Dünya Kuboku mərhələsində ayağının sındığını bilməyən idmançı

Fin xizəkçisi Kerttu Niskanen həftəsonu Falunda keçirilən dünya Kuboku mərhələsində ayağının sınması barədə danışıb. İdmançının sözlərinə görə, o, yalnız  şənbə günü təşkil olunan finişdən sonra ayağının sındığını anlayıb.
“Falundan bəd xəbərlər var. Şənbə günü təşkil olunan yarışda ayağımda möhkəm ağrıların olduğunu hiss etdim. Adrenalinin təsiri altında ağrılara məhəl qoymadan finişə qədər olan son kilometrləri keçdim. Yarışdan sonra ağrılar şiddətləndi. Bunun səbəbi də Finlandyada məlum oldu. Belə ki, mənə sol ayağımın sümüyünün sındığı bildirildi. Mən əla formada idim və bu qış yüksək nailiyyətlər əldə edə bilərdim”, - deyə xanım idmançı şəxsi instaqram hesabında paylaşdığı fotoya şərh yazıb.