"Marakana" stadionuna Pelenin adı verilə bilər

"Marakana" stadionuna Pelenin adı verilə bilər

Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionuna futbol üzrə üçqat dünya çempionu Pelenin adı verilə bilər. Müvafiq qanun layihəsi ştatın qanunvericilik yığıncağında təsdiqlənib.
"Marakana" 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.
155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, DÇ-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final oyununu, rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.
Qeyd edək ki, Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.