“Ferrari” komandası yeni mövsüm üçün bolidini təqdim etdi

“Ferrari” komandası yeni mövsüm üçün bolidini təqdim etdi

Formula 1 üzrə dünya çempionatında çıxış edən "Ferrari” komandası yeni mövsüm üçün bolidini təqdim edib. Komanda bu barədə rəsmi kanallarında paylaşım edib. Bolidə SF21 adı verilib.
Qeyd edək ki, Formula 1-də 2021-ci il mövsümü martın 26-28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.