Avropa Liqası: «Milan» Dumanlı Albionu məğlubiyyətsiz tərk etdi

Avropa Liqası: «Milan» Dumanlı Albionu məğlubiyyətsiz tərk etdi

Dünən Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmaları keçirilib.

Günün ən maraqla gözlənilən oyunu "Mançester Yunayted"lə "Milan" arasında olub. Bu qarşılaşma Avropa Liqasının erkən finalı da adlandırılır. 90 dəqiqə ərzində hesab geri olan «rossonyerlər» əlavə vaxt hesabı bərabərləşdirə bilibilər. Ukrayna təmsilçiləri «Dinamo» və «Şaxtyor» ilk görüşdə məğlubiyyətlə üzləşiblər.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb. 11 mart “Slaviya” (Praqa, Çexiya) - “Reyncers” (Şotlandiya) - 1:1 Qollar: Stanku, 7 - Helander, 36

“Mançester Yunayted” (İngiltərə) - “Milan” (İtaliya) - 1:1 Qollar: Diallo, 50 - Kyaer, 90+2

“Dinamo” (Kiyev, Ukrayna) - “Vilyarreal” (İspaniya) - 0:2 Qollar: Torres, 30, Albiol, 52

“Ayaks” (Niderland) - “Yanq Boyz” (İsveçrə) - 3:0 Qollar: Klaassen, 62, Tadiç, 82, Brobbi, 90+2

“Qranada” (İspaniya) - “Molde” (Norveç) - 2:0 Qollar: Molina, 26, Soldado, 76

“Tottenhem” (İngiltərə) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0 Qollar: Keyn, 25, 70

“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə) - 1:3 Qollar: El Arabi, 58 - Edeqor, 34. Qabriel, 79, Elneni, 85

“Roma” (İtaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 3:0 Qollar: Pelleqrini, 23, El Şaaravi, 73, Mançini, 77

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də keçiriləcək.

Avropa Liqası: «Milan» Dumanlı Albionu məğlubiyyətsiz tərk etdi