««Alfa Romeo»nun rəhbəri təhlükəsizlik qaydalarına əməl etməlidir»

««Alfa Romeo»nun rəhbəri təhlükəsizlik qaydalarına əməl etməlidir»

"Formula 1" üzrə dünya çempionatında çıxış edən İtaliyanın "Alfa Romeo" komandasının rəhbəri Frederik Vassyor koronavirusa yoluxub. Bu barədə yarışın Mətbuat xidməti xəbər yayıb.
Vassyorun analiz nəticələri Bəhreyndə bu gün start götürəcək test yürüşü ərəfəsində müsbət nəticə verib. Protokola əsasən, o, dərhal evində karantinə alınıb. İkinci test mənfi çıxsa da, "Alfa Romeo"nun rəhbəri təhlükəsizlik qaydalarına əməl etməlidir.
Bu, səbəbdən Bəhreynə getməyən Vassyor qarşıdakı 7 gün ərzində təcrid vəziyyətində qalacaq. Onun hazırda özünü yaxşı hiss etdiyi və komanda ilə uzaqdan işləyəcəyi bildirilib.
Məhdudiyyətlər "Alfa Romeo"nun digər üzvlərinə şamil edilməyib.
Qeyd edək ki, Formula 1-də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.