Fransa Super Kuboku İsraildə

Fransa Super Kuboku İsraildə

Futbol üzrə Fransa Super Kuboku uğrunda oyunun yeri məlum olub. Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu ilə kubokun qalibini müəyyənləşdirən qarşılaşma İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.
"Blumfild" stadionundakı görüş avqustun 1-də baş tutacaq.
Qeyd edək ki, Fransa Super Kuboku uğrunda görüş ilk dəfə İsraildə oynanılacaq.