2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının final mərhələsi üçün təxminən bir milyon bilet satışa çıxarılıb.Azarkeşlər gələn ilin 12 iyun-13 iyul tarixlərində keçiriləcək turnirin biletlərini internet vasitəsi ilə ala biləcəklər. Ümumlikdə, satışa çıxarılacaq 3.3 milyon biletin qiyməti ilk tur matçları ilə pley-off oyunlarına uyğun olaraq 90-990 dollar arasında dəyişəcək. 60 yaşdan yuxarı insanlar, tələbələr və sosial yardım alanlar üçün stadionun ön hissələri üçün ayrılan 300 min bilet isə 23 dollardan satılacaq.