Bu gün qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
İngiltərənin “Mançester Siti” klubu doğma meydanda “Borussiya” ilə (Münhenqladbax) qarşılaşacaq. Bu komandalar arasında ilk matçda “şəhərlilər” 2:0 hesabı ilə qalib gəlmişdilər. Günün digər oyunu İspaniyada təşkil olunacaq. Madrid təmsilçisi “Real” “Atalanta”nı qəbul edəcək. Birinci görüşdə 1:0 hesablı qələbə qazanan “Kral klubu” doğma meydanda da üstünlüyünü qorumağa çalışacaq.
UEFA Çempionlar Liqası
1/8 final
16 mart
00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Münhenqladbax, Almaniya)
İlk oyun - 2:0
00:00. "Real" (İspaniya) - "Atalanta" (İtaliya)
İlk oyun - 1:0