Fifa rəsmiləri ilə görüş keçirilib

Fifa rəsmiləri ilə görüş keçirilib

Ali futbol qurumunun Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue və Kristian Mechels Bakıya səfər edib. Səfər proqramı çərçivəsində FİFA rəsmiləri AFFA-nın inzibati binasında assosiasiya nümayəndələri ilə görüş keçiriblər. Görüşdə FİFA-nın İT və proqramlaşdırma sahəsində yeni tətbiq etməyə başladığı "Performance” layihəsi ilə bağlı müzakirələr aparılıb, AFFA-nın bu layihədə iştirakı barədə razılıq əldə olunub. FIFA nümayəndələri AFFA-nın İT sahəsində gördüyü işlərlə tanış olublar.