Zlatan yığma komandaya çağrıldı

Zlatan yığma komandaya çağrıldı


"Milan"ın futbolçusu Zlatan İbrahimoviç yenidən İsveç millisinə çağırılıb. 39 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Gürcüstan və Kosovo, eyni zamanda Estoniya ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət olunan oyunçular sırasında yer alıb.
Qeyd edək ki, İbrahimoviç 2001-2016-cı illərdə İsveç millisində çıxış edib. O, bu müddətdə 116 oyunda 62 qol vuraraq komandanın ən yaxşı bombardiri olub.