Dünya kuboku Sofiyada

Dünya kuboku Sofiyada

Martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.
Beynəlxalq Gimnastika Federasiyasının saytında bildirilir ki,  turnirdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparacaqlar.
Fərdi yarışlarda ölkəmizi Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcəklər.
Turnirdə həmçinin, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da gücünü nümayiş etdirəcək.