Milli komandamızın tərkibi açıqlandı

Milli komandamızın tərkibi açıqlandı

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.