“Mançester Yunayted”in futbolçusu Aleks Telles başına gələn maraqlı bir əhvalat danışıb. 28 yaşlı müdafiəçi “Qremio”da çıxış edərkən iti onun passportunu yediyi üçün səfər matçına gedə bilməmək təhlükəsi yaşadığını deyib: “Dostum Cekson Follmanla birgə yaşayırdım. Həmin vaxtlar çox şeyi birlikdə öyrənirdik. İtim “Popkorn”la yeni dostlaşmışdım. Amma o, hər şeyi məhv etdi. Bir gün səyahətdən gəlirdim və Cekson mənə “Popkorn”un mənim pasportumu yediyini dedi. Məsələnin ən pis tərəfi o idi ki, səhəri gün Libertadores kubokunun matçı üçün səfər etməli idik. Yəni, təzə pasport çıxartmaq üçün qaçmaq lazım idi”.
“Popkorn” pasportu yeməsəydi...