Avropa çempionatına yollanacaq heyət müəyyənləşdi  

Avropa çempionatına yollanacaq heyət müəyyənləşdi  

Aprelin 16-18-də Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı təşkil olunacaq. Bu günə qədər qitənin 46 ölkəsindən 395 (237 kişi, 158 qadın) cüdoçu yarışda iştirakını təsdiqləyib. Çempionatda Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. Komandamız yarışda 10 (9 kişi, 1 qadın) idmançı ilə təmsil olunacaq. Belə ki, Lissabonda kişilərin mübarizəsində Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq), qadınların yarışında isə İrina Kindzerskayanın (+78 kq) çıxış edəcəyi gözlənilir.
Tokio-2020-yə lisenziyanı təmin edən yığmamızın əsas üzvlərindən Rüstəm Orucov (-73 kq) və Məmmədəli Mehdiyev (-90 kq) isə Avropa çempionatına yollanacaq heyətə daxil edilməyiblər.