Avropa Liqasında 1/4 final həyəcanı bu gün başlayır

Avropa Liqasında 1/4 final həyəcanı bu gün başlayır

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. 4 qarşılaşmanın hamısı eyni saatda başlayacaq.
Turnirin iddialı komandalarından İngiltərənin "Mançester Yunayted" komandası İspaniyada "Qranada"nın qonağı olacaq. İngiltərənin digər təmsilçisi "Arsenal" Londonda Çexiyanın "Slaviya" (Praqa) komandası ilə üz-üzə gələcək.
Günün maraqla gözlənilən qarşılaşması Niderlandda gerçəkləşəcək. "Ayaks" İtaliyanın "Roma" komandasını sınağa çəkəcək. İspaniya "Vilyarreal"ı isə Xorvatiyada Zaqreb "Dinamo"sunun müqavimətini qırmağa çalışacaq.
Avropa Liqası, 1/4 final
İlk oyunlar
23:00. "Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
23:00. "Arsenal" (İngiltərə) - "Slaviya" Praqa (Çexiya)
23:00. "Ayaks" (Niderland) - "Roma" (İtaliya)
23:00. "Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)
Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.