Millimiz bu gün Slovakiya yığması ilə qarşılaşacaq

Millimiz bu gün Slovakiya yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək. Millimiz Slovakiyanın Levice şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşacaq.
Oyunu Finlandiyadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Kirill Naishouler olacaq. Ona həmyerlisi Arttu Kyynaeraeinen və slovakiyalı Martin Matula kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Slovakiya Futzal Federasiyasının əməkdaşı Miroslav Jezik olacaq. Görüşün hakim-inspektoru belçikalı Perri Gautierdir.
Yığmamızın heyətində Tyaqo Bolinya və Hadi Ahmadi zədə səbəbindən oynaya bilməyəcəklər. Yüngül zədəsi olan Amir Şocayi isə baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq.
Qeyd edək ki, 4 turdan sonra 12 xalı olan Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.