“Araz” Türkiyəyə yollanır

“Araz” Türkiyəyə yollanır

Gündə 2 dəfə İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunda məqş edən «Araz» avqustun 26-da Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Komandanın hazırlığı Ərzurum şəhərinin "Ərzurumspor” klubunda olacaq. 32 nəfərlik heyətlə qardaş ölkəyə yollanacaq Naxçıvan təmsilçi orada 2 yoldaşlıq matçı keçirməyi planlaşdırır. Avqustun 27-də yerli "Ərzurumspor”la qarşılaşacaq "Araz” 2 gün sonra Rza Çalımbayın baş məqşçisi olduğu "Çaykur Rizespor”la görüşəcək. 10 günlük Ərzurum hazırlığından sonra "Araz” Naxçıvana qayıdaraq məşqlərini yerli arenada davam etdirəcək. Yerli azarkeşlər önündə naxçıvanlılar daha bir yoldaşlıq matçı keçirəcəklər. Rəqibin adına hələ aydınlıq gəlməsə də, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.
Yeri gəlmişkən, komanda bugünlərdə texniki heyəti də komplektləşdirib. Son iş yeri AZAL klubu olan həkim Sədi Məmmədov komandanın həkimi təyin olunub. "Turan”da çalışmış Rəşid Qayfulin isə "Araz”da masajçı kimi fəaliyyət göstərəcək.