Gimnastımız Avropa çempionatının finalında

Gimnastımız Avropa çempionatının finalında

Azərbaycan gimnastı İvan Tixonov İsveçrədə keçirilən idman gimnastikası üzrə Avropa çempionatında finala yüksəlib. O, çoxnövçülük nəticələrinə əsasən, təsnifat mərhələsində 10-cu yeri tutaraq həlledici mərhələyə vəsiqə qazanıb. Mübarizəyə qoşulan digər gimnastlardan Nikita Simonov 18-ci, Ağamurad Qəhrəmanov isə 77-ci olub.
Qeyd edək ki, final çıxışı bu gün təşkil olunacaq.