NBA-nın gələcək vəd edən basektbolçusu həlak oldu

NBA-nın gələcək vəd edən basektbolçusu həlak oldu

“Kentukki” basketbol klubunun keçmiş hücumçusu Terrens Klark Los-Ancelesdə yol nəqliyyat hadisəsi zamanı həlak olub. Məlumata görə, hadisə zamanı 19 yaşlı basketbolçu avtomobildə tək olub. O, qırmızı işıqda yüksək sürətlə keçərək başqa bir avtomobil ilə toqquşub. Daha sonra basketbolçu işıq dirəyinə sonra isə divara çırpılıb. İdmançı Nortric xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər avtomobilin sürücüsü xəsarət almayıb. Bildirək ki, T.Klark NBA-nın püşkatma mərhələsində iştirak etmək üçün Los-Ancelesə gəlmişdi. Qeyd edək ki, basketbolçu zədə səbəbi ilə 2020-21 mövsümündə “Kentukki” klubunun heyyətində 9,6 xal göstərici ilə 8 oyun keçirib.
Terrans Klark ESPN versiyasına görə, püşkatmada 100 ən yaxşı perspektivli idmançılar arasında 72-ci yerdə qərarlaşmışdı.