"Real”ın türk əsilli yarımmüdafiəçisi Mesut Özil oyundaşı Kriştianu Ronaldonun Madrid klubu üçün vacibliyindən danışıb. Almaniya yığmasının oyunçusu CNN-ə müsahibəsində belə deyib: "Ronaldo bizim üçün çox əhəmiyyətli oyunçudur. Elə təkcə onun vurduğu qolların sayına baxmaq kifayətdir. Bundan başqa, Kriştianu çox yaxşı insandır. Ümid edirəm ki, o, "Real”da daha çox qalacaq, çünki onun köməkliyilə biz ciddi titullar qazana bilərik”.