Ağır xəstəlikdən əziyyət çəkirmiş

Ağır xəstəlikdən əziyyət çəkirmiş

Tanınmış futbolçu və məşqçisi Kostike Stefanesku xəstəlik səbəbindən çəkdiyi ağrılara dözməyərək özünə qəsd edib.
Futbolçu Buxarestdəki hərbi hospitalın beşinci mərtəbəsindən özünü aşağı atıb. Rumıniya mətbuatının yazdığına görə, məşhur futbolçu son illər sağalmaz xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Stefanesku ölümündən bir müddət əvvəl Rumıniyada evtanaziyanın qadağan olunmasına öz narazılığını bildirib.
Qeyd edək ki, o, "Universitati” klubunun heyətində üç dəfə Rumıniya çempionu olub. Futbolçu milli komandanın heyətində 66 oyun keçirib, onun kapitanı olub. 1986-cı ildən 2012-ci ilədək məşqçi işləyib. Xüsusilə də, "Styaua”, "Timişoara” və "Universitatya” komandalarını çalışdırıb.