Kobi Brayantın adı şöhrət zalında daxil edildi

Kobi Brayantın adı şöhrət zalında daxil edildi

“Lakers” basketbol klubunun keçmiş oyunçusu Kobi Brayantın adı ölümündən sonra Ceyms Neysmit adına basketbol şöhrət zalına daxil edilib. NBA-nın məlumatına görə, mərasim ABŞ-da təşkil olunub. Şöhrət zalına həmçinin NBA-nın çempionları Tim Dankan və Kevin Qarnet, NBA qadın çempionu, Olimpiya çempionu Tamika Ketçinqs, məşqçilər Rudi Tomyanoviç, kim Malki, Barbara Stevens, Eddi Satton, menecer Patrik Bauman da daxil edilib.
Şöhrət zalına daxil olan şəxslərin adları 2020-ci ilin aprel ayında elan olunub. Mərasimin avqust ayında keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.
Xatırladaq ki, 41 yaşlı Kobi Brayant 2020-ci il yanvar 26-da  Los-Anceles yaxınlığında şəxsi helikopterdə səyahət edərkən qəzaya düşüb. Nəticədə helikopterdə olan basketbolçunun 13 yaşlı qızı Cianna, pilot və daha səkkiz sərnişin həlak olub.