Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

Qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. Azərbaycan Voleybol Federasiyasının baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi tədbir Serbiyanın paytaxtı Belqradda təşkil olunub.
Püşkatmada ardıcıl 9-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin də rəqibləri bəlli olub. A qrupunda mübarizə aparacaq komandamız oyunlarını Belqradda keçiriləcək. Rəqiblərimiz ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.
Püşkə əsasən 24 komanda 4 qrupa bölünüb. Hər qrupdan isə 4 yığma mərhələ adlayacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın ev sahibliyi edəcək. Həlledici oyunlar avqustun 18-dən sentyabrın 4-dək olacaq.
A qrupu:
Serbiya, Azərbaycan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina
B qrupu:
Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, Yunanıstan
C qrupu:
Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə
D qrupu:
Rumıniya, Türkiyə, Niderland, Ukrayna, İsveç, Finlandiya