Paralimpiyaçılarımız dünya kubokunda iki qızıl medal qazanıblar

Paralimpiyaçılarımız dünya kubokunda iki qızıl medal qazanıblar

Azərbaycan paralimpiyaçıları pauerliftinq üzrə Tbilisidə keçirilən dünya kuboku turnirində mübarizəni uğurla davam etdirirlər.
Azərbaycan təmsilçisi bu gün iki qızıl medal qazanıblar. Yığmamızın aktivinə birinci qızıl medalı 107 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşən Hüseynov yazdırıb. Şamo Aslanov isə 107 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.
Yarışlara mayın 23-də yekun vurulacaq.