“Barsa”nın ən yaxşı dueti

“Barsa”nın ən yaxşı dueti


Azarkeşlər "Marca” nəşrinin saytında "Barselona”nın tarixində ən yaxşı hücum duetini seçiblər.
Səsverməyə qatılan 27 min nəfərdən 17 mini, yəni 63 faizi Ronaldinyo-Eto O duetinə səs verib. 14 faiz səs toplayan Stoiçkov-Romario dueti ikinci olub və azarkeşlərin 10,6 faizinin üstünlük verdiyi Ronaldo-Fiqu tandemini qabaqlayıb.
Maraqlıdır ki, Neymar-Messi ikilisi 5,5 faizlə siyahıda 4-cü yerdə qərarlaşıb. Halbuki bu futbolçular hələ ki, Kataloniya klubunun heyətində birlikdə çıxış etməyiblər.