Formula 2: estoniyalı pilot bütün rəqiblərini qabaqladı

Formula 2: estoniyalı pilot bütün rəqiblərini qabaqladı

İyunun 5-də Bakıda Formula 2 yarışlarının birinci sprint yürüşünə start verilib. Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”in sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar. Daha sonra Formula 2 yarışının sıralanma turu keçirilib. “Hitech Grand Prix” komandasının pilotu Liam Layson sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü yeri tutublar.